Xəbər lenti

Zakir Həsənov daha iki generalı vəzifədən çıxardı
Ölkə14:32 25.12.2013

Zakir Həsənov daha iki generalı vəzifədən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. 

Hərbi mənbələrdən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynov vəzifələrindən çıxarılıblar.

Xatırladaq ki, Fazil Aşumov məzuniyyətə göndərilmişdi və məzuniyyət bitdikdən sonra ona vəzifədən çıxarılması elan olunub.

Həmin bu iki generalın yerinə təyinatlar da var. Onların adları yaxın günlərdə bəlli olacaq.

milaz.info