Xəbər lenti

Zakir Həsənov əsgərləri bir-bir mükafatlandırdı - FOTOLAR
Ölkə16:00 04.08.2014

Zakir Həsənov əsgərləri bir-bir mükafatlandırdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir.
Qaynar.info nazirliyin rəsmi saytına istinadən xəbər verir ki,  döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən general-polkovnik Zakir Həsənov mövcud vəziyyətlə tanış olunub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.

Qaynar.info