Xəbər lenti

Zakir Həsənov generalı işdən çıxardı
Ölkə08:50 09.10.2014

Zakir Həsənov generalı işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.

Bildirilib ki, general-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb. 

İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.

Qaynar.info