
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə mayın 23-24-də Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.
Qaynar.info-nun Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Z. Həsənovun S. Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.
Qaynar.info