Xəbər lenti

Zakir Həsənov Qusara ilk səfərini etdi
Ölkə11:23 27.11.2013

Zakir Həsənov Qusara ilk səfərini etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zakir Həsənova "N" saylı hərbi hissədə görülən abadlıq və yenidənqurma işləri barəsində məlumat verilib

Müdafiə naziri Zakir Həsənov Qusar rayonunun "N" saylı hərbi hissəsində olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi hissə komandiri Oruc Abdullayev Zakir Həsənova şəxsi heyyət ilə bağlı məlumat verib. O. Abdullayev həmçinin hərbi hissədə görülən abadlıq və yenidənqurma işləri barəsində də naziri məlumatlandırıb. Zakir Həsənov hərbi hissəni gəzib və şəxsi heyyətlə tanış olub. Müdafiə naziri daha sonra Qusar rayonun icra başçısı və hüquq mühafizə orqanları ilə görüşüb.

Qeyd edək ki, Zakir Həsənov Qusar rayonuna nazir olaraq ilk dəfə rəsmi səfər edib.


Qaynar.info