Xəbər lenti

Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək
Ölkə05:04 29.05.2013

Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qaynar.info