Xəbər lenti

Zakir Qaralov Mübariz Qurbanlının qardaşına vəzifə verdi
Ölkə14:48 22.07.2016

Zakir Qaralov Mübariz Qurbanlının qardaşına vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prokurorluq orqanlarında kadr dəyişikliyi olub. Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən Hacıqabul rayon prokuroru Tarıyel Qurbanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, həmin şöbənin rəisi vəzifəsində çalışan Rövşən Maqsudov isə Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər. 
Qeyd edək ki, T. Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Qaynarinfo.Az