Bu günlərdə “Zəkioğlu” nəşriyyatında şair Qardaşxan Əzizxanlıya həsr olunmuş “Zaman üstü söz demək istəyi” adlı kitab çapdan çıxıb.
Qaynarinfo.Az xəbər verie ki, kitabda görkəmlı söz və sənət adamlarından Məmməd Araz, Söhrab Tahir AzərAzər, Xəlil Rza Ulutürk, Səyavuş Sərxanlı, Mövlud Süleymanlı, xanəndə Alim Qasımov və başqalarının şair Qardaşxan haqqında məqalə və rəyləri toplanılıb.
Topluda, eyni zamanda Nizaməddin Şəmsizadə, Abid Tahirli, Yaşar Məmmədli, Şaiqə Həmzə qızı və digər filoloq alimlərin Qardaşxan yaradıcılığını təhlil edən yazıları da yer alıb.
Şairin Əjdər Ol, Rasim Qaraca, Əli Şirin Şükürlü, Günel Natiq kimi qələm yoldaşları Qardaşxan poeziyası barəsindəki yığcam fikir və düşüncələri ilə onun şair kimliyinin görünməyən tərəflərini əks etdirməyə çalışıblar.
Üz və arxa qabığında rəssam Gilan Dənizın əsərləri verilmiş kitabın tərtib edəni və redaktoru Nurlan Umuddur.
Qeyd edək ki, "Zaman üstü söz demək istəyi" kitabının cildində gedən "Nizamidən tutmuş Qardaşxanacan" deyimi (misrası) Xəlil Rza Ulutürkə məxsusdur.
Qaynarinfo.Az