Xəbər lenti

Zaporojye AES-ə hücum edən Kadırovçular olub?
Dünya08:38 04.03.2022

Zaporojye AES-ə hücum edən Kadırovçular olub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaporojye atom elektrik stansiyasına soxulanlar kadırovçular olub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı UNİAN-a AES işçiləri veriblər.
AES-in içərisində Milli Qvardiyaçılarla kadırovçuların döyüşü gedib.
"Dəqiq Kadırovçular idi. AES-i minalamağa və bütün Avropanı şantaj etməyə çalışırdılar", - Atom Elektrik Stansiyasının işçiləri bildiriblər.
Xatırladaq ki, martın 4-də gecə saatlarında rus işğalçıları Zaporojye atom elektrik stansiyasının birinci enerji blokuna daxil olublar. Nəticədə stansiyada yanğın başlayıb.
Bu enerji bloku bir həftə əvvəl şəbəkəyə qoşulub, bir neçə gün əvvəl isə planlı təmir vəziyyətinə keçirilib.
Bundan əvvəl Zaporojye AES-in sözçüsü Rusiyanın AES-i atəşə tutduğunu bildirən videomüraciət yazıb. Sonradan məlum olub ki, Zaporojye AES yanır.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin son məlumatına görə, saat 05:55-də Enerqodar şəhərindəki Zaporojye AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb.
Alpər