Xəbər lenti

““Zapravka”lar yanacağı az vurur” - Dövlət Komitəsi
Ölkə10:00 05.05.2016

““Zapravka”lar yanacağı az vurur” - Dövlət Komitəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb.

Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Dövlət qurumunun möhürünü qırmaq olmaz, buna görə, cinayət məsuliyyəti nəzərdə tutulub. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib", - deyə R. Həsənov qeyd edib. (APA)

Qayanrinfo.az