Xəbər lenti

Zaqatalada etiraz aksiyasına cəhd oldu
Ölkə08:57 01.02.2013

Zaqatalada etiraz aksiyasına cəhd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatala rayonu Əliabad kəndində bir qrup insan etiraz aksiyası keçirməyə cəhd edib. Onları narazı salan rayon ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin onları fəhlə kimi işlədib, pulunu verməməsidir. Aksiya keçirənlərin də əksəriyyəti elə fəhlələrdir. Onlar uzun müddət tikinti şirkətində işlədiklərini, lakin hələ də məvacib ala bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı Zaqatala rayon İcara Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Elmar Ramazanov ANS PRESS-ə açıqlamasında bütün narazı fəhlələrin şikayətlərinin dinləniləcəyini və problemin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.