
Zaqatal rayonu Danaçı kənd sakini Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağılı və əl əməyini istifadə edərək yeni bir avtomobil ixtira edib.
O, bu maşının ixtirasında 4 növ maşınların ehtiyyat hissəsindən istifadə edib. Avtomobilin maketini və digər hissələrini gənc özü hazırlayıb. Abdulla bu texnikadan öz şəxsi təsərrüfatında istifadə etmək fikrindədir. 2 ton yük daşıma qabiliyyətinə malik olan bu avtomobil 100 km/7 litr yanacaq sərf edir.
Tural Mahmudov
Qaynarinfo.Az