Xəbər lenti

Zaur Əkbər fransalı səfirlə görüşdü
Ölkə14:47 18.01.2017

Zaur Əkbər fransalı səfirlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Fransanın ölkəmizdəki səfiri xanım Aurelio Buşez ilə görüşüb.
Qaynarinfo.Az xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyətinin son durumu, o cümlədən də regionda və dünyada gedən proseslər əsas müzakirə mövzusu olub. 
Bundan əlavə, Azərbaycanın beynəlxalq təşkilatlardakı durumu, habelə Mədən Sənayesi üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsündə (EITI) və Açıq Hökumət Tərəfdaşlığındakı (OGP) vəziyyəti müzakirə mövzularından olub. 
Sonda Zaur Əkbər xanım səfirdən təmsil etdiyi ölkənin Azərbaycanda yaranmış vəziyyətin normallaşması istiqamətində səylərini artırılmasını xahiş edib. 
Görüşdə həmçinin səfirliyin Mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer də iştirak edib.
Qaynarinfo.Az