Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rusların daim öz milli mətbəxinə aid etməyə çalışdıqları Ukrayna borşuna hücum edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, Zaxarova ruslara edilən ümumi zülmün hətta "yemək kitablarına” qədər gedib çıxdığından gileylənib.
"İlk növbədə etnik mənsubiyyət və mədəniyyətlə bağlı olan hər şey, hətta yemək bişirmək haqqında kitablar da qadağan edilib. Niyə? Çünki borşu bölüşmək olmazdı. Borş kiməsə, hansısa birinə məxsus olmalıdır. Hansısa bir xalqa, bir millətə", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hiddətlə deyib.
Zaxarova bunu "ksenofobiya” və "nasizmin” təzahürü adlandırıb.
"Bəs o ümumi ola bilməzdimi ki, hər şəhərdə, hər bölgədə hər evdar qadın onu öz qaydasında bişirə bilsin? Xeyr. Onlar güzəştə getmək istəmirlər. Baxın, elə bizim dediyimiz də budur: ksenofobiya, nasizm, bütün formalarda ekstremizm”, - Zaxarova bildirib.
Ukrayna dəfələrlə beynəlxalq səviyyədə borşun "milləti” məsələsini qaldırıb, çünki ruslar daim ənənəvi Ukrayna yeməyini öz rus mədəniyyətinin bir hissəsi kimi təqdim etməyə çalışıblar.
2019-cu ildə Rusiya hökuməti Twitter-də borşu "ən məşhur və sevimli rus yeməklərindən biri və milli mətbəxin simvolu” adlandırıb.
Ukraynanın Mədəniyyət Nazirliyi cavab olaraq bu xörəyi milli mədəni irsin bir hissəsi kimi tanımaq qərarına gəlib.
Bundan sonra Moskva Kiyevin bu kulinariya təşəbbüslərinin ona sərf etmədiyini açıq şəkildə bildirib. Rusiya hökumətinin "Rossiiskaya qazeta” nəşrində dərc olunan məqalədə Ukraynanın bu addımı "beynəlxalq qalmaqal üçün yeni əsas” adlandırılıb.
Problemin bir hissəsi ondan ibarətdir ki, müasir Ukrayna və Rusiyanın kökləri orta əsrlərin Kiyev Rus dövlətinə gedib çıxır. Müasir Ukrayna o dövrün paytaxtı və mühüm yerlərinin əksəriyyətinə sahibdir. Lakin Ukrayna üzərində əsrlər boyu imperiya hökmranlığı Moskvaya heç bir maneə olmadan tarixi iddialara nəzarət etməyə imkan verib. Və bu vəziyyət SSRİ-nin dağılmasına qədər davam edib, - "Atlantic Council” yazıb.
1991-ci ildə müstəqillik əldə etdikdən sonra Kiyev daha geniş dövlət işinin bir hissəsi olaraq kimliyinin müxtəlif aspektlərini Rusiyadan geri alaraq müqavimət göstərməyə başlayıb.
Alp
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?18" data-telegram-post="uniannet/45109" data-width="100%">
//