Xəbər lenti

Özbəkistan Qırğızıstan sərhədinə ordu yeritdi - ŞOK
Dünya16:46 19.03.2016

Özbəkistan Qırğızıstan sərhədinə ordu yeritdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özbəkistan birtərəfli qaydada Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayıb.

Bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabineti yayıb. Özbəkistan həmçinin artıq Ala-Buka rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli transportyor yerləşdirib. Qırğızıstan isə bunun qarşılığında Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini qapadıb.

Qeyd edək ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər onlarla mübahisəli qalan ərazi var. Bu isə tərəflər arasında tez-tez silahlı insidentə səbəb olur. Xüsusilə, 2013-cü ilin yayında Aksıyk rayonunun Jetizaqara yaşayış məntəqəsində baş verən silahlı insident zamanı bir özbək sərhədçisi həlak olub. (axar.az)

Qaynar.info