Xəbər lenti

Üzdəki qara nöqtələrdən xilas olun
Dünya16:36 21.02.2016

Üzdəki qara nöqtələrdən xilas olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Burnun üstündəki qara nöqtələr hər bir xanımı narahat edən problemdir. 

Axşam.az xarici KİV-ə istinadən sizi qara nöqtələrdən xilas edəcək maskalar təqdim edir:

1. 100 ml. südə jelatin töküb yarım saat saxlayın. Sonra qarışığın olduğu qabı içində qaynar su olan qazanın üstünə qoyub, buxarda qatılaşana qədər saxlayın. Soyuduqdan sonra qara nöqtələrin olduğu yerə sürtün. Bir az saxladıqdan sonra jelatini üzdən təmizləyib, su ilə yuyub, nəmləndirici krem çəkin.

2. Üzünüzə qatıq sürtüb, 20 dəqiqə saxladıqdan sonra yuyun. Bu da qara nöqtələri təmizləyəcək. 

3. Sodanı suyla qarışdırıb üzünüzə çəkin. 40 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı həftədə iki dəfə edin.

Qaynar.info