Klublar Birliyi ilə Türkiyə Futbol Federasiyası arasında keçirilən toplantıda istefa verdiyini açıqlayan Nihat Özdemir 3 ildir davam edən TFF-nin prezident vəzifəsi ilə vidalaşıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə futbolunda bir çox problemlərin olduğu vaxtda Nihat Özdemir istefa qərarının səbəblərini "Posta” qəzetinə açıqlayıb:
"Bu bir anlıq hadisə deyildi. Uzun müddət beynimdə olan qərarı verdim. Keçən həftə iştirak etdiyim UEFA-nın iclaslarında bu məsələni qaldırdım və nəhayət qərarımı verdim. "Başakşehir" prezidenti Göksel Gümüşdağ istefa prosesində faktor olub. Mən sənin istədiyini etmədim. Bir çox yerdə istefa verməyimdə "Fənərbaxça” və "Qalatasaray”ın rolu olduğu yazılsa da, bunun heç bir əsası yoxdur. Gəldiyim gündən bezmişəm. Mən olduqca əsəbi idim. İnanın bu adamlarla vaxt aparmağa dəyməz. İndiyə qədər yaxşı dayanmışam. Arbitraj Şurasının 13 rəsmisinin qərarı mənim istefa verməyimdə heç vaxt təsirli olmayıb. Təəssüf ki, yayım tenderini keçirə bilmədik. Qətərdə keçirdiyimiz son görüşdə işlər yaxşı getmədi. Bunu bütün səmimiyyətimlə deyə bilərəm. Hər vaxtınız xeyir, indi həyatımda yeni dövr başlayır”.
Səbuhi Həsənov