Xəbər lenti

Zəfər paradı başlayır - Paytaxt küçələrində izdiham (FOTO/VİDEO)
Ölkə07:22 10.12.2020

Zəfər paradı başlayır - Paytaxt küçələrində izdiham (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Zəfər paradına hazırdır. İnsanlar saat 12:00-da başlayacaq paradı izləmək üçün paytaxt küçələrinə toplaşır.
Qaynarinfo Musavat-a istinadən xəbər verir ki, paradı izləmək üçün toplaşanlar hələ ki Bulvar ərazisinə buraxılmır. Polis əməkdaşları insan sıxlığının qarşısını almağa çalışır.
Ən böyük izdiham isə "Sahil" metrostansiyası yaxınlığındadır. Yüzlərlə qazi də paradı izləmək üçün buraya toplaşıb. Paradı izləməyə gələnlər qazilərlə xatirə şəkilləri çəkdirirlər.
Qeyd edək ki, Azadlıq meydanı istiqamətinə gələn avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Paradı izləməyə gələnlər yolun əsas hissəsini piyada qət etməli olurlar.
<iframe src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Faztvresmi%2Fvideos%2F1360508730958968%2F&show_text=false&width=560" width="560" height="314" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">