Xəbər lenti

"Zəfər turu"nun ilk görüşündə 6 qol
İdman13:13 06.11.2021

"Zəfər turu"nun ilk görüşündə 6 qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zəfər turu" adlandırılan Azərbaycan Premyer Liqasının 10-cu turunun ilk qarşılşaması keçirilib.
 
Qaynarinfo xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Zirə" ilə görüşüb. Görüşün ilk dəqiqəsində hesabı açan meydan sahibləri, birinci hissədə daha iki qol vurmağa nail olub. Ancaq komanda hesabda üstünlüyü sonadək qoruyub saxlaya biməyib. Oyunda Davit Volkovun "het-trik"i sayəsində Rəşad Sadıqovun komandası məğlubiyyətdən xilas olmağı bacarıb.
Beləliklə 6 qollu qarşılaşmanın yekun nəticəsində komandalar meydandan 1 xalla ayrılıb.
Səbuhi Həsənov