Xəbər lenti

Zəhərlənən ailənin daha bir üzvü öldü
Ölkə07:43 28.12.2013

Zəhərlənən ailənin daha bir üzvü öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saatlı rayonunda evdə konservləşdirilmiş pomidor turşusundan zəhərlənən ailə üzvlərindən daha biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

 Qeyd edək ki, kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində hadisəsi baş verib. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, 1984-cü il təvəllüdlü oğlu Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Daha sonra azyaşlılar Bakıdakı Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinə çatdırılıblar. 

Qaynar.info