Xəbər lenti

Özəl klinika Azərbaycan klubunu məhkəməyə verib, qalib gəldi
İdman11:22 01.09.2016

Özəl klinika Azərbaycan klubunu məhkəməyə verib, qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda fəaliyyət göstərən OKİ özəl klinikası “Şahdağ” Futbol Klubu MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan futbol klubu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə “Şahdağ” klubunun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

“Şahdağ” klubunun prezidenti Ərəstun Niftəliyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Amma klub rəhbəri borcun nə qədər olduğunu açıqlamayıb.

Qeyd edək ki, “Şahdağ” Futbol Klubu hazırda Azərbaycan futbol çempionatının I divizionunda çıxış edir.

Qaynarinfo.Az