XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zelenski İlham Əliyevə təşəkkür etdi: Azərbaycanın mövqeyini yüksək qiymətləndirdi
Siyasət16:06 25.08.2026

Zelenski İlham Əliyevə təşəkkür etdi: Azərbaycanın mövqeyini yüksək qiymətləndirdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək, Bakının onun ölkəsinin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində tutduğu qətiyyətli mövqeyini yüksək qiymətləndirib.

Qaynarinfo xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi həmişə qətiyyətli olub və buna görə də biz bunu həmişə yüksək qiymətləndirmişik", deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir, energetika və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini araşdırır, həmçinin lazım olduqda bir-birinə yardım edir.

"Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək", deyə Ukrayna Prezidenti vurğulayıb.