Xəbər lenti

Zelenski Polşaya Tuskla görüşə gedir
Dünya 10:57 15.01.2025

Zelenski Polşaya Tuskla görüşə gedir

Vladimir Zelenski bu gün, 15 yanvar tarixində Polşaya səfər edəcək – o, ölkənin baş naziri Donald Tusk ilə görüşəcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti" baş nazirin ofisinə istinadən məlumat yayıb

Siyasətçilərin görüşü Varşavada baş tutacaq.  

Məlum olduğu kimi, 2025-ci il yanvarın 1-dən etibarən Polşa Avropa İttifaqı Şurasına altı aylıq sədrlik vəzifəsini Macarıstandan təhvil alıb.  

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava sədrlik müddətindən Avropa İttifaqının beş əsas ölkəsindən biri kimi mövqeyini gücləndirmək üçün istifadə etməyi planlaşdırır.  

Nazir məqsədləri arasında "Şərq qalxanı" kimi müdafiə infrastrukturu layihələrinin inkişafı üçün Aİ-nin dəstək mexanizmlərindən istifadəni, dondurulmuş Rusiya aktivlərinin tam şəkildə istifadəsini qeyd edib.  
Həmçinin Polşa Aİ-nin şərqə və cənuba doğru genişlənməsinin – həm Ukrayna, həm də Moldova və Qərbi Balkanlar üçün – "sürət və keyfiyyətini" təmin edəcəyini açıqlayıb.  

Ukraynanın Polşa və ondan sonra Danimarkanın 2025-ci il sədrlik dövründən böyük gözləntiləri var. Zelenski ümid etdiyini bildirib ki, Polşa və Danimarkanın sədrlik dövrü Ukrayna üçün tarixi olacaq.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->