Xəbər lenti

Zelenski: Rusiya artıq III Dünya müharibəsini başladıb və Ukraynada dayanmayacaq
Dünya 13:35 23.02.2026

Zelenski: Rusiya artıq III Dünya müharibəsini başladıb və Ukraynada dayanmayacaq

"Rusiya lideri Vladimir Putin artıq II Dünya müharibəsini başladıb və yeganə cavab güclü hərbi və iqtisadi təzyiq olmalıdır ki, onu geri çəkilməyə məcbur etsin".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə bildirib.

"Mən hesab edirəm ki, Putin artıq müharibəni başlayıb. Sual budur ki, o, nə qədər ərazi ələ keçirə biləcək və onu necə dayandırmaq olar. Bu, təkcə Rusiyanın qələbə çalmaması üçün deyil. Həm də ona görədir ki, Rusiya dünyaya başqa həyat tərzi qəbul etdirməyə və insanların öz seçdiyi həyatını dəyişməyə çalışır", deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna bu gün faktiki olaraq müharibəni məhdudlaşdırır və onun genişmiqyaslı qlobal konfliktə çevrilməsinə imkan vermir:

"Putini dayandırmaq və Ukraynanın işğalına yol verməmək bu gün bütün dünya üçün qələbədir, çünki Putin Ukraynanı dayandırmaqla kifayətlənməyəcək".

Aydın

--> -->