Xəbər lenti

Zelenski Rusiya ilə əlaqə axtaran siyasətçilərdən danışdı: “Nə etdiyinizi görürəm”
Dünya13:06 09.03.2022

Zelenski Rusiya ilə əlaqə axtaran siyasətçilərdən danışdı: “Nə etdiyinizi görürəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, o, "Rusiya ilə əlaqə axtaran” və Ukraynanı parçalamağa çalışan siyasətçilər haqqında siqnallar alır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Prezidentin Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.
"Artıq çoxlu siqnallar alırıq ki, Ukraynada kimsə artıq hamıyla birlikdə döyüşməyə biləcəyinə qərar verib. Və nə cürsə, ayrılıqda şəxsi, bir növ öz xeyri üçün çalışır. Bəzi siyasətçilərin yenidən Rusiya ilə əlaqələr yaratmaq üçün axtarışda olduğuna dair siqnallar alırıq”, - Zelenski bildirib.
Prezident əlavə edib ki, bəziləri bugünkü birliyimizə baxmayaraq, yenidən parçalamaya çalışırlar:
"Sizə axırıncı dəfə bunu demək istəyirəm: nə etdiyinizi görürəm. Başqa bir siqnal alsam, dərhal cavabı olacaq. Müharibə vaxtının qanunlarıyla. Allaha şükürlər olsun ki, xalqımız artıq hər şeyi anlayıb, hər kəsi tanıyıb”. 
Alpər