Xəbər lenti

Zelenski Rusiya ilə müharibədə Ukraynanın hədəflərini açıqladı
Dünya18:29 08.05.2022

Zelenski Rusiya ilə müharibədə Ukraynanın hədəflərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinin virtual görüşündə iştirak edib.
Qaynarinfo xəbər verir ki, Zelenski Rusiya ilə müharibədə ölkəsinin əsas hədəflərini açıqlayıb.
O, çıxışı zamanı qeyd edib ki, Ukrayna bundan sonra da öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək.
Rusiyaya qarşı müharibədə Ukrayna üçün əsas hədəflərdən də danışan Ukrayna prezidenti bunların Rusiya hərbçiləri və texnikasının ölkə ərazisindən tamamilə çıxarılması, eləcə də Ukraynanın gələcəkdə özünü müdafiə edə bilməsini təmin etmək olduğunu qeyd edib.
Prezident vurğulayıb ki, o, bu işlərdə Ukraynanın beynəlxalq müttəfiqlərinə, o cümlədən G7 liderlərinə ümid edir.