Dünya 17:54 15.04.2022

Zelenski Rusiyanın Kiyevi vuracağıyla bağlı hədələrə belə cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda Kiyevin mümkün atəşə tutulmasını "elan edən” Rusiya Müdafiə Nazirliyinin hədələrinə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, BBC-yə müsahibəsində Ukrayna lideri bütün təhdidləri mümkün insan itkisi ilə bağlı olduğunaq görə ciddi şəkildə qəbul edildiyini etiraf edib.

"Bununla belə biz Rusiya Federasiyasının heç bir təhdidindən qorxmuruq. Biz Rusiya Federasiyasının bizi təhdid edən bütün addımlarına cavab verməliyik", - prezident deyib.

"2014-cü ildən bəri dəfələrlə ərazilərimizi işğal ediblər. Krımı işğal ediblər və hər yerdə deyirlər ki, bu onların ərazisidir. Həm də deyirlər ki, ərazimizə, məsələn, Krıma qarşı nəsə baş versə, o zaman raket zərbələri ilə cavab verəcəyik. İndi məndə xeyli sual yaranır. Fevralın 24-də rus qoşunları Belarus ərazisindən raket hücumlarına başlayanda bu nəyin cavabı idi? Onlar nəyi müdafiə etdilər? Mən tam başa düşmürəm. Mənə elə gəlir ki, onlar tez-tez öz mövqeləri arasında çaş-baş qalırlar”.

Zelenski Rusiyanın işğal altındakı Donetskdə partlayışlar təşkil etdiyini və bundan sonra Ukraynanı günahlandırdığını xatırladıb.

"İndi olduğu kimi bizim Ukraynanın cənubundakı bəzi şəhərlərimizə: Melitopol, Berdyansk, Mariupol, Zaporojye istiqamətindəki bütün məhəllələrə, Mariupola, yəni oradakı işğal olunmuş şəhərlərə çıxışımız yoxdur. Partlayışlar da var, Orada olan insanlar, bizim ukraynalılar deyirlər ki, televiziya söndürülüb, mobil rabitə yoxdur, və ruslar deyirlər ki, Ukrayna Mariupolu bombalayır”, - prezident deyib.

Onun sözlərinə görə, Rusiya daim informasiya təxribatları təşkil edir. Xüsusən də onun əsgərləri işğal olunmuş şəhərlərin sakinlərini başına toplayıb onlara "Ukrayna atəşi”ndən danışırlar.

"Amma bunu onlar edirlər, lakin insanların kənar aləmlə heç bir əlaqəsi yoxdur, onlar işin real vəziyyətindən xəbərsizdirlər. Bu isə problem yaradır", - Zelenski bildirib.

Bu günlərdə Rusiya Müdafiə Nazirliyi Kiyevdə hökumət binalarını atəşə tutmaqla Ukraynanı hədələməyə başlayıb. Bu, guya, Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəflərə endirdiyi zərbələrə və təxribatlara cavab olacaq.

Prezident Aparatı artıq düşmənin təxribatlarına cavab verib və Rusiyanın istənilən senarisinə hazır olduqlarını bəyan edib.

Ukrayna Müdafiə Nazirliyi Kiyevə qayıtmağın hələ tez olduğunu bəyan edir, lakin mer Vitali Kliçkonun sözlərinə görə, daha əvvəl gedənlərin üçdə ikisi artıq qayıdıb.
 
Alpər