Xəbər lenti

Zelenski xaricdən döyüşmək üçün Ukraynaya gələnlərin sayını açıqladı (VİDEO)
Dünya12:21 03.03.2022

Zelenski xaricdən döyüşmək üçün Ukraynaya gələnlərin sayını açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dost ölkələrin bizə köməyi davam edir, silah dəstəyi artır”.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
"Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib.
V.Zelenski həmçinin Rusiyanın taktika dəyişdirdiyini vurğulayıb: "Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir”.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/kW6akpL44qc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">