Xəbər lenti

Zelenskinin Senat qarşısında çıxışı niyə ləğv edilib? - Müdafiə naziri açıqladı
Dünya 22:48 06.12.2023

Zelenskinin Senat qarşısında çıxışı niyə ləğv edilib? - Müdafiə naziri açıqladı

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Senatında qapalı brifinqdəki çıxışının vəziyyət dəyişdiyi üçün ləğv edildiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov "Fox News” telekanalına açıqlamasında danışıb.

"Bu müharibədir. Vəziyyət dəyişir. Amma düşünürəm ki, prezident Zelenski dəvətə görə minnətdardır və növbəti dəfə fürsətdən istifadə edəcək”, deyə Umerov bildirib.

Dekabrın 5-də məlum olub ki, Zelenski 5 dekabr çərşənbə axşamı Amerika senatorları ilə videobağlantı vasitəsilə planlaşdırdığı çıxışını son anda ləğv edib.

Daha əvvəl senator Mitt Romni Zelenskinin Kiyevə əlavə yardımın ayrılması ilə bağlı ABŞ senatorları üçün qapalı brifinqdə videobağlantı vasitəsilə danışmağa ehtiyac olmadığını bildirib.

Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova bildirib ki, Zelenskinin amerikalı senatorlar qarşısında qapalı brifinqdə çıxış etməkdən imtina etməsi bir neçə səbəblə bağlıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->