Xəbər lenti

Zəlzələdə ölənlərin sayı açıqlandı: 327
Dünya13:40 25.09.2013

Zəlzələdə ölənlərin sayı açıqlandı: 327

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın cənub-qərbində baş vermiş zəlzələdə ölənlərin sayı 327-yə çatıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölənlərin çoxu yoxsul və məskunlaşmanın nisbətən az olduğu Belucistan əyalətində olub. Əyalətin Avaran şəhərində 285 nəfər ölüb.  

Hakimiyyət orqanları ölənlərin sayının daha da artacağını bildiriblər, çünki xilasedicilərin hələ gedib çatmadığı yaşayış məntəqələri var.

Pakistan hökuməti hərbi hissələri əhaliyə yardım etmək üçün təbii fəlakət zonasına göndərib.

Qeyd edək ki, yeraltı təkanların gücü 7,8 bal gücündə olub.

Qaynar.info