Xəbər lenti

Zərdabda ər arvadının başını kəsdi
Ölkə08:16 23.10.2016

Zərdabda ər arvadının başını kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zərdab rayonunda ər arvadını qətlə yetirib. 

Qaynarinfo.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu  Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. 

Qeyd olunur ki, Astanov bundan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qaynarinfo.Az