Xəbər lenti

Zərdabda polis avtomobili qəzaya düşdü: Ölən var - FOTO
Ölkə17:12 01.08.2016

Zərdabda polis avtomobili qəzaya düşdü: Ölən var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb. 

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus “Qazel” markalı maşın toqquşub.

Nəticədə “VAZ” markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol bir saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qaynarinfo.Az