Xəbər lenti

Üzeyir bəy Hacıbəyovun əsərləri ilk dəfə Şuşada... - Xalq artisti (FOTO)
Sənət07:37 09.03.2022

Üzeyir bəy Hacıbəyovun əsərləri ilk dəfə Şuşada... - Xalq artisti (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İlk dəfə olaraq Şuşada Üzeyir bəy Hacıbəyovun əsərləri çəkilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib.
Xanəndə çəkilişlərin İctimai Televiziya ilə Opera və Balet Teatrının birgə layihəsi əsasında aparıldığını bildirib:
""Leyli və Məcnun”un çəkilişləri bitib. Novruz bayramı ərəfəsində efirdə yayımlanacaq. Bu günə kimi Üzeyir bəyin əsərlərindən Şuşada çəkiləni olmayıb. Çox uğurlu bir layihədir. "Arşın mal alan”, "O olmasın, bu olsun” operaları da çəkilib. Çox maraqlı və tarixi layihədir. Bütün çəkilişlər açıq havada keçir. Layihədə operalardan səhnələr çəkilir”. 
Mənsum İbrahimov çəkilişlərin Opera və Balet Teatrının Baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin iştirakı ilə aparıldığını vurğulayıb.
Bahar Rüstəmli