Xəbər lenti

Zöhramı kəndinə təbii qaz verildi - İlk dəfə
Ölkə15:40 11.06.2015

Zöhramı kəndinə təbii qaz verildi - İlk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şabran rayonunun Zöhramı kəndinə təbii qaz verilib. 

SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

67 abonenti olan Zöhramı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3208 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.