Xəbər lenti

Zibil ilə xalqını yaşadan dövlət - FOTO
Dünya12:10 11.09.2014

Zibil ilə xalqını yaşadan dövlət - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveç zibildən əldə etdiyi enerji ilə 1 milyona yaxın evi isidir, 300 min evi isə elektrik enerjisi ilə təmin edir.

İsveç məişət tullantılarının modern yollarla təkrar istehsalı yolu ilə əldə etdiyi bioqazdan həm isitmə, həm də elektrik enerjisi ehtiyatı olaraq istifadə edir. 10 milyona yaxın əhalisi olan bu ölkədə 1 kiloqram zibil belə kənara atılmır, ümumi məişət tullantılarının 99 faizi enerji istehsalı ehtiyatı kimi toplanır, cəmi 1 faizi gübrəyə çevrilir.

Ölkədə zibilə - məişət tullantılarına o qədər önəm verilir ki, ondan istehsal olunan enerji azaldığında, yaxud ölkədə daha az zibil toplandığında tullantı zavodları qonşu ölkələrə - İngiltərəyə, İtaliyaya, İrlandiyaya, Balkan ölkələrinə müraciət edib onlardan pul ödəməklə zibil alırlar. 

İsveç 2013-cü ildə 25,5 giqawatt enerji ehtiyatı görə bilib, bu ilin müvafiq dövründə isə istehsal daha artaraq 26,6 giqawatt olub. Nəzərə alsaq ki, hələ ilin bitməsinə 3 ay daha var, bu zaman sonuncu rəqəmin daha da böyüyəcəyini demək mümkündür.

Ölkə ötən il məişət tullantılarının təkrar istehsalına cəmi 1 milyon dollar sərf edib.//annet.az

Qaynar.info