
Zibil konteynerindən çıxarılan şəxs xəstəxanaya aparılıb
Türkiyənin paytaxtı Ankara şəhərində zibil konteynerindən çılpq kişi tapılıb. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Hacı Bayram” məscidindən sübh namazından çıxan möminlər zibil konteynerində çılpaq kişi olması barədə polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis müəyyən edib ki, adı Yasin olan şəxs 06 EB 152 dövlət nömrə nişanlı avtomobildən düşərək zibil qabına girib.
Zibil konteynerindən çıxarılaraq təcili yardıma mindirilən şəxs xəstəxanaya aparılıb.
Qaynar.info