Xəbər lenti

Zibil qutusunu oğurladı: 160 saat ictimai işlərdə işləyəcək
Ölkə 19:17 27.09.2025

Zibil qutusunu oğurladı: 160 saat ictimai işlərdə işləyəcək

Şabran şəhərinin "5 Sotlar" Yaşayış Massivindən zibil yeşiyi oğurlayan şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş T.Y. adlı şəxsə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, T.Y. dostları R.E. və Q.U. adlı şəxslərlə birgə Şabran şəhərinin "5 Sotlar" Yaşayış Massivinin ərazisindən bir ədəd zibil yeşiyini oğurlayıb. Ümumilikdə Şabran şəhər Rayon Yaşıllıq və Təmizlik İdarəsinə ümumilikdə 90 manat məbləğində maddi ziyan deyib. 

Məhkəmənin qərarı ilə T.Y İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunub. O, inzibati tənbeh tədbirinin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->