Xəbər lenti

Zimbabveli azarkeş AFCON-2021-dən sonra evinə qayıda bilmir (FOTO)
İdman14:45 22.04.2022

Zimbabveli azarkeş AFCON-2021-dən sonra evinə qayıda bilmir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zimbabveli azarkeş, "Aluvah" ləqəbli Alvin Jakata AFCON-2021-dən sonra hələ də evinə qayıda bilməyib.
Qaynarinfo xəbər verir ki, yarışın bitməsindən artıq 2 ay keçsə də fanat Yaounde küçələrində yaşayır və hələ də Kamerunda ilişib qalıb. O, hələ fevral ayında evə qayıtmalı olsa da Yaounde hava limanından buraxmayıblar. Buna səbəb hava limanında ödəməli olduğu bəzi borclarını hələ də ödəməməsidir. Alvin "Afrinews"in müxbirinə verdiyi müsahibədə çox çətin anlar yaşadığını deyib. Şəklini də paylaşan "Aluvah" bunları söyləyib:
"Mən yorulmuşam, depressiyaya düşürəm. Bircə Allah bilir ki, mən ölkəmə sağ-salamat qayıdacağam ya yox. Vəziyyət çox çətindir. Gücümün tükəndiyini hiss edirəm. Evə gedə bilmək üçün hər gün dua edirəm".
Alvin AFCON-2021-də komandasını dəstəkləmək üçün Kameruna gedib, lakin Zimbabve yığmasınının mübarizəni dayandırmasına baxmayaraq turnirin qalan hissəsini izləmək üçün Kamerunda qalmağa üstünlük verib.
Səbuhi Həsənov