Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Zirə Olimpiya Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Görüşün yeganə qolunu 14-cü dəqiqədə Loris Broqno rəqib qapısından keçirib.
Turun iki qarşılaşması sabah, daha bir görüşü isə oktyabrın 3-də keçiriləcək.
Səbuhi Həsənov