Xəbər lenti

Ziya Məmmədov yeni avtobuslar gətirir
Ekonomiks05:14 18.08.2014

Ziya Məmmədov yeni avtobuslar gətirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sərnişin daşımalarını yüksək səviyyədə təmin etmək üçün cari ilin payızında Bakıya bir neçə yüz sərnişin avtobusu gətiriləcək.

Qaynar.info xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov paytaxtın avtobus parkının yenilənməsi zərurəti haqqında suala cavab verərkən deyib.

Onun sözlərinə görə, yeni avtobuslar gətirildikdən sonra texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrini əvəzləmək imkanı olacaq.

N.Həsənov qeyd edib ki, avtobus parkının yenilənməsi üzrə işlər davam edir və artıq payızda bir neçə yüz avtobusun gətiriləcəyi gözlənilir: "Onlar texniki baxımdan qənaətbəxş vəziyyətdə olmayan avtobuslarla əvəz ediləcəklər".

Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox avtobus fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycana təqribən 8 milyon manat dəyərində 167 avtobus idxal edilib.

Qaynar.info