Xəbər lenti

Zlatan İbrahimoviç: Azərbaycana qolf oynamağa gəlmişəm
Ölkə12:30 02.06.2015

Zlatan İbrahimoviç: Azərbaycana qolf oynamağa gəlmişəm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Azərbaycana gələn İsveç millisinin və PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç səfərin səbəbini Türkiyənin "Milliyet” qəzetinə açıqlayıb. 
ANN.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, "Qalatasaray”a transfer olub-olmayacağına da aydınlıq gətirib: 
"Geridə qalan mövsüm bizim üçün uğurlu oldu. Hələlik gələcək karyeramla bağlı hər hansı plan qurmamışam. "Qalatasaray”a tranfser olmayacam. İstanbula sadəcə, Bakıya getmək üçün gəlmişəm. Azərbaycana qolf oynamaq üçün gedirəm”.  
Qeyd edək ki, İbrahimoviçin ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə təşrif buyurub.
Qaynar.info