Xəbər lenti

Özünü koronavirusa yoluxmuş kimi göstərən kişi həbs edildi
Dünya08:23 14.03.2020

Özünü koronavirusa yoluxmuş kimi göstərən kişi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özünü koronavirusa yoluxmuş kimi göstərən bir yerli sakini həbs edib.
Qaynarinfo xəbər verir ki, hadisə Yaponiyanın Simane prefekturasında baş verib. 44 yaşlı işsiz bir kişi qatar stansiyasında hay-küy salıb və deyib ki, o koronavirus xəstəsidir, kimsə ona bir metrdən çox yaxınlaşarsa, virusa yoluxacaq. Kişi yalandan öskürərərk diqqəti özünə cəlb edib.
Əslində isə Simanedə koronavirus infeksiyası halları qeydə alınmayıb.
Polis tərəfindən dindirilərkən, kişi virusla bağlı testdən keçmədiyini və onda xəstəliyin əlamətlərinin olmadığını deyib.
Hazırda Yaponiyada "Diamond Princess” laynerinin ekipajı da daxil olmaqla 697 sərnişin və 1,4 minə yaxın şəxsdə koronavirus infeksiyası qeydə alınıb.
Alpər