Xəbər lenti

Özünü və yaşadığı binanı partladacağı ilə hədələdi - GƏNCƏDƏ
Ölkə09:12 23.12.2013

Özünü və yaşadığı binanı partladacağı ilə hədələdi - GƏNCƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə sakini əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb

APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, bu gün saat 12.20 radələrindən etibarən Gəncənin Dədə Qorqud küçəsində yerləşən 5 mərtəbəli binanın, üçüncü mərtəbəsində orta yaşlı kişi əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb. 

Onunla yanaşı evdə bir qadın da olduğu bildirilir. Həmin şəxs əlində qumbara tutaraq evdə olan qadınla bərabər hər dəfə balkona çıxır və qışqıraraq evi partladacağını bəyan edir.

Hazırda polis əməkdaşları evi mühasirəyə alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri görülür. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, şəhər prokuroru da hadisə yerinə gəlib. 

***

12.59

Gəncədə dramatik anlar yaşanır. “Azadlıq” qəzetinin yaydığı xəbərə görə, şəhərin “Zabitlər evi” səmtində bir nəfər əlində qumbara ilə hədələyərək 5 nəfər polisi girov saxlayır. Hazırda Gəncə polisi və Daxili Qoşun əsgərləri həyacan siqnalı ilə ayağa qaldırıb. Həmin şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat qurulur. 

Lakin Musavat.com-un Gəncədəki mənbələri polis əməkdaşlarının girov götürülməsi xəbərini təkzib etdilər. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, “Zabitlər evi”nin yaxınlığında bir nəfər əlində qumbara ilə mənzilin eyvanına çıxıb və özünü partladacağı ilə hədələyir.

Qaynar.info