Xəbər lenti

Zurabişvili azərbaycanlılar və ermənilərin Gürcüstanda necə yaşamasından danışdı
Siyasət 20:17 30.05.2022

Zurabişvili azərbaycanlılar və ermənilərin Gürcüstanda necə yaşamasından danışdı

"Gürcüstanın azərbaycanlı və erməni vətəndaşlarının dinc şəraitdə birgə yaşaması tolerantlıq göstəricisidir və bu, Qafqaz üçün müsbət nümunədir, həm də regionun ənənələrinin davamıdır”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra deyib.

Prezident erməni həmkarı ilə nəqliyyat və yüksək tenxologiyalar sahələrində mövcud əlaqələr və əməkdaşlıq potensialının artırılması məsələlərini müzakirə etdiyini bildirib: "Regionun tranzit potensialına, yeni infrastruktur şəbəkələri və enerji marşrutlarına hər iki tərəfdə böyük maraq var və biz birgə səylərlə bu istiqamətdə iş aparmalıyıq”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->