Xəbər lenti

1 milyard dollarlıq azadlıq
Dünya08:25 29.11.2017

1 milyard dollarlıq azadlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında korrupsiya və rüşvətxorluğa qarşı təşkil edilmiş əməliyyat çərçivəsində həbs edilmiş şahzadələrdən olan Mitəb İbin Abdulla azadlığı üçün ölkə rəhbərliyinə 1 milyard dollar pul ödəyib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə rəsmisi Mitəb İbin Abdulla korrupsiya barədə etiraf edərək və 1 milyard dollar ödəyərək azadlığa çıxıb. Şahzadəyə qarşı korrupsiya, nüfuzundan istifadə edərək layihələri qazanmaq kimi ittihamlar irəli sürülmüşdü. 65 yaşlı Mitəb daha əvvəl Milli Mühafizəçilərin rəhbəri idi.
Qeyd edək ki, vəliəhd Məhəmməd İbin Salman tərəfindən təşkil edilən əməliyyat nəticəsində 11 şahzadə, 4 nazir, çox sayda sabiq nazir həbs edilmişdi.
Gülşən