Xəbər lenti

1 milyon insan Suriyanı tərk etdi
Dünya12:19 06.03.2013

1 milyon insan Suriyanı tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Toqquşmaların davam etdiyi Suriyadan qaçan vətəndaşların sayı bir milyona çatıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən açıqlamaya görə, toqquşmalar səbəbilə ölkəni tərk edənlərin sayı hər gün artır.

Açıqlamada rəqəmlərin BMT-nin Suriyaya qonşu ölkələrdə yerləşən bürolarının hesabatlarına əsaslandığı bildirilib.

Milyonlarla suriyalının da ölkə içində yaşadığı bölgəni tərk etmək məcburiyyətində qaldığını xatırladan komissarlıq Suriyanın sözün tam mənasında bir fəlakət bataqlığının içində olduğunu vurğulayıb.

Ölkəsini tərk edən suriyalıların çoxunun Livan, İordaniya, Türkiyə, İraq və Misirə sığındığı qeyd edilib.

Qaynar.info