Xəbər lenti

1 milyon uşaq qışı küçədə keçirəcək
Dünya16:39 28.11.2018

1 milyon uşaq qışı küçədə keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Afrika və Yaxın Şərqdə təxminən 1 milyon uşağın qış aylarını küçələrdə keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə UNICEF-dən (BMT Uşaq Fondu) verilən açıqlamada bildirilir.
Qeyd edilir ki, müharibələr səbəbindən insanların evlərini tərk etməsi və işsizlik problemləri bu bölgələrdə uşaqlara ən çox təsir edən səbəblərdəndir.
UNICEF-in Şimali Afrika və Yaxın Şərq üzrə nümayəndəsi Qeert Kappelaere qış aylarında uşaqların ev və sığınacaqlarla təmin edilməsi üçün həyata keçirdikləri layişələrdə maliyyə problemləri ilə üzləşdiklərini və təcili 33 milyon dollara ehtiyacları olduğunu bildirib.
UNICEF rəsmisi təxminən 1 milyon uşağın yağışlı və soyuq qış aylarına çadırlarda və yetərli şəraiti olmayan sığınacaqlarda girdiyini, istiliyin olmaması səbəbindən ağır xəstəliklərlə mübarizə apardıqlarını qeyd edib. Kappelaere bu uşaqların normal qidalanmadığını deyib. 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!