1. BÖYÜK BRİTANİYA AVROPA BİRLİYİNDƏN AYRILDI
2. İŞİD TERRORLARI
Suriyada vətəndaş müharibəsinin başlaması ilə birlikdə qlobal təhdidə çevirilən İŞİD bu il də dünyanın fərqli ölkələrində terror aktlarına davam etdi. Türkiyə, İraq, Suriya, Banqladeş və Belçika, Almaniya və Fransada baş verən terror aktlarında 1500-ə yaxın adam öldü.
3. DONALD TRUMP ABŞ PREZİDENTİ SEÇİLDİ
Bu il həm də dünyanın super gücü ABŞ’da prezident seçkiləri keçirildi. Amerikanın prezidentliyə ilk qadın namizədi Hillary Clinton və irqçi, seksist mesajları ilə diqqət çəkən biznesmen Donald Trump arasında keçən qızğın yarışın qalibi Donald Trump oldu. Siyasi ekspertlər bu nəticənin Qərbdə radikal sağın yüksəlişi, qloballaşmanın zəifləyəcəyi olaraq dəyərləndirir.
4. TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİLİŞ CƏHDİ
İyul ayının 15-i illər sonra Türk Ordusu növbəti dəfə hərbi çevrilişə cəhd etdi. Ancaq 15 iyulda yaşananların əvvəlkilərdən fərqi orduda sızmış fəthullahçılar tərəfindən təşkil olunması idi. Yüz minlərlə insanın küçəyə çıxması ilə qarşısı alınan hərbi çevriliş cəhdi 247 nəfərin ölümünə səbəb olmuşdu.
5. KOLUMBİYADA DÖVLƏT VƏ FARC ARASINDA SÜLH
Azərbaycan xəbərlərində çox yer almış olmasa da, 2016-cı ilin ən vacib hadisələrindən biri marksist gerilla hərəkatı olan FARC ilə Kolumbiya höküməti arasında Kuba və Norveç vasitəçiliyi ilə sülh sazişi imzalandı. Uzun illərdir davam edən toqquşmalar nəhayət qarşılıqlı güzəştə gedilərək dayandırıldı.
6. CASTRO DÖVRÜ BİTDİ
Bütün dünya solçuları üçün Fidel Kastro imperializmə qarşı savaşan qəhrəman idi. Kuba inqilabının lideri 80 yaşında vəfat etdi. Onun Afrika xalqlarının apardığı mübarizəyə verdiyi dəstək, yoxsul ölkələrə göndərdiyi həkimlər və Kubada yaratdığı sosialist sistemlə yaddaşlarda qaldı. Hətta NYT qazeti Kastronun ölümü ilə birlikdə XXI rəsmən bitdiyini yazırdı.
7. ANKARADA RUSİYA SƏFİRİ ÖLDÜRÜLDÜ
19 dekabrda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 23 yaşlı sui qəsdçi polis tərəfindən sənət qalereyasında çıxış edərkən arxadan güllələnərək öldürüldü.
İlin son günlərində baş verən hadisə bütün dünyada şok təsiri yaratması ilə birlikdə Orta Şərqdə gərginliyi və münasibətləri qəlizləşdirəcəyi gözlənilir.
8. ZİKA VİRUSU LATIN AMERİKASINA YAYILDI
Latın Amerikasında, özəlliklə də Braziliyada yayılan zika virusu yüzlərlə insanın ölümünə səbəb oldu. İlk dəfə 1947-ci ildə Uqanda da ortaya çıxan virus illər sonra təkrar peyda oldu. Virusun özəlliklə hamilə qadınları təhdid etməsi daha qorxulu hala gətirmişdi.
9. PƏLƏNG VƏ PANDALAR ÜÇÜN UĞURLU İL
Heyvanlar üçün 2016 elə də pis keçmədi. Uzun illərdən sonra pandalar nəhayət risk altında olan heyvanlar siyahısından çıxarıldı. Çində dövlət tərəfindən qorunmağa başlanan pandalar artıq artmağa başlayıb.
Risk altında yaşayan və nəsli tükənməkdə olan pələnglər də 2016-cı ildə bizi sevindirdi. 2010-cu ildə sayı 3200 olan pələnglərin sayı bu il 3890-a yüksəldi.
10. YUNO YUPİTER ORBİTİNƏ DAXİL OLDU
Bu il kosmos sahəsində də tarixi anlar yaşandı. NASA tərəfindən göndərilən Yuno Yupiter orbitinə daxil olaraq Yer Kürəsinə data göndərməyə başladı.(pahoo)