Xəbər lenti

10 dəqiqəyə 69 sendviç yedi - İNANILMAZ
Dünya05:40 06.07.2013

10 dəqiqəyə 69 sendviç yedi - İNANILMAZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da ənənəvi sosisli sendviç yemək müsabiqəsi bu il də maraqlı görüntülərə səbəb olub.

97 ildir keçirilən yarışda bu il Ginnes dünya rekordu da təzələnib. Ötən ilki yarışın qalibi Coysi Çesnat adlı şəxs 10 dəqiqə ərzində 69 sosisli sendviç yeyərək, elə öz rekordunu təzələyib. Çesnat 2009-cu ildə eyni müddət ərzində 68 sosisli sendviç yeyərək, dünya rekordu qırmışdı.

95 kiloqram ağırlığı olan 29 yaşlı rekordsmen həmçinin sözügedən müsabiqədə 7-ci dəfə qalib gələrək, 100 min dollarlıq pul mükafatına sahib olub.(anspress)