
İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində şənlik mərasiminə basqın olub.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, martın 12-də axşam saatlarında şəhərin Rüşdiyə məhəlləsində çərşənbə bayramını qeyd edən gənclər İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə 10 azərbaycanlı həbs edilib. Basqın zamanı boyalı güllələrdən də istifadə edilib.